14 yanvar 2024 16:05
369

Bakı – Quba magistralında yük maşınları yolda qalıb

Bakı – Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi şosesinin Hacı Zeynalabdin Tağıyev küçəsində ağır tonajlı yük maşınları yolda qalıb.

“İki sahil” xəbər verir ki, yolun buz bağlaması səbəbindən 30-a yaxın ağır tonajlı nəqliyyat vasitəsi hərəkət edə bilməyib ki, bu da tıxacın yaranmasına gətirib çıxarıb.

Bildirək ki, yanvarın 13-ü gecə saatlarından yağan qar hələ də davam edir.