Hazırda paytaxtın avtomobil yollarında sıxlıq müşahidə olunmur.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Mərkəzin əməkdaşları tərəfindən müşahidə kameraları vasitəsilə yollar diqqətdə saxlanılır. Hərəkətin ləngiməsinə səbəb olan hallarla bağlı təcili tədbirlərin görülməsi üçün yol polisi ilə mütəmadi olaraq informasiya mübadiləsi aparılır.