14 yanvar 2024 23:28
363

Naxçıvan sakinlərinin qar sevinci –  FOTOLAR

Bir neçə gündür ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

“İki sahil” xəbər verir ki, yanvarın 13-ü axşam saatlarından başlayaraq Naxçıvan şəhərinə ilk qar yağıb.

İlk qarın sevincini yaşayan sakinlər, xüsusən azyaşlılar əsl bayram edib, ağ örpəyə bürünən parklarda xoş və əyləncəli zaman keçiriblər

Qeyd edək ki, muxtar respublikanın dağlıq bölgələrində yağıntının miqdarı daha çox olub.