16 yanvar 2024 18:07
338

Qubada 13 yaşlı məktəbli itkin düşüb - YENİLƏNİB

Qubada itkin düşən 13 yaşlı məktəbli tapılıb.

“İki sahil” xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

********************

18:07

Qubada 7-ci sinif şagirdi itkin düşüb.

“İki sahil” xəbər verir ki, Quba şəhər 2 saylı tam orta məktəbin şagirdi, 2011-ci il təvəllüdlü Əli Məlikov səhər evdən çıxıb və geri qayıtmayıb. O, məktəbə getmək adı ilə evdən çıxsa da, dərsə də getməyib.

Məktəblinin ailəsi hüquq-mühafizə orqanlarına müraciət edib. Onun tapılması istiqamətində tədbirlər görülür.