19 yanvar 2024 13:53
1785

Azərbaycan ötən il alüminiumun ixracını artırıb

Ötən il Azərbaycan 195 181,68 min ABŞ dolları dəyərində 74 502,4 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.

Dövlət Gömrük Komitəsindən “İki sahil”ə bildirilib ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri 2022-ci ilin göstəricisi ilə müqayisədə 10,3% azalıb, həcmi isə 9,14% artıb.

Məlumata görə, hesabat dövründə alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 5,83% təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan 217 560,83 min ABŞ dolları dəyərində 68 263,58 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 15,4%, həcmi isə 1,35% artıb. 2022-ci ildə alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 7,14% təşkil edib.