19 yanvar 2024 14:16
293

Türkiyənin Şimali Kiprə hazır geyim ixracının həcmi açıqlanıb

Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Şimali Kipr Türk Respublikasına hazır geyim məhsulları ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21,6 faiz artıraraq 53,1 milyon dollara çatdırıb.

“İki sahil” xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2023-cü ilin dekabr ayında Türkiyə Şimali Kipr Türk Respublikasına hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 10 faiz artıraraq 4,6 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz azalaraq, 19,3 milyard dollara çatıb.

2023-cü ilin dekabr ayında Türkiyə 1,5 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 14,6 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 19,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.