23 yanvar 2024 11:07
278

Azərbaycanda problemli kreditlər 26%-dən çox azalıb

Bu il dekabr ayının 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 0,6% azalaraq 437,8 milyon manata enib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Vaxtı ötmüş kreditlər ötən ilin eyni dövrü ilə müqayisədə isə 26,2% azalıb.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.1 faiz bəndi azalaraq 1.8% təşkil edib.