23 yanvar 2024 11:37
364

Bank kartları ilə nağdsız ödənişlər 5,8 milyard manata çatıb

2023-cü ilin dekabr ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1.9 dəfə artıb.

"İki sahil" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, 2023-cü ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 5 mlrd. 798 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 4,801 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 987 mln. manatı POS-terminallar, 9 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 55.6%-ni təşkil edib.