23 yanvar 2024 13:18
299

Ömər aşırımında yollar qardan təmizlənir- FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Toğanalı-Kəlbəcər avtomobil yolunda, Ömər aşırımında yolların qardan təmizlənməsini davam etdirir.

Bu barədə “İki sahil”ə AAYDA-dan bildirilib.

Məlumata görə, nəticədə hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunur: "Xüsusi texnikalar vasitəsi ilə yol açıq saxlanılır, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunur. Sürücülərə yollarda diqqətli olmaları, şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur".