23 yanvar 2024 17:38
357

Rəqabət Məcəlləsinin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun hazırlanacaq

Rəqabət Məcəlləsinin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsi hazırlanacaq.

“İki sahil”in xəbərinə görə, bu, Prezident İlham Əliyev bu gün imzaladığı “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” fərmanda əksini tapıb.

Nazirlər Kabineti Rəqabət Məcəlləsinin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.