2024-cü il yanvar ayının 1-nə Azərbaycanda biznes kredit portfelinin həcmi 12 milyard 616.8 milyon manat təşkil edib.
"İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.2% və ya 1 milyard 761.7 milyon manat artıb.
Qeyd edək ki, ötən ilin dekabr ayının 1-i ilə müqayisədə iri və mikro sahibkarların kredit portfeli artıb, orta və kiçik sahibkarların kredit portfeli isə azalıb. Belə ki, son bir ayda iri sahibkarların kredit portfeli 360.8 milyon manat artaraq 6 milyard 251.7 milyon manat, mikro sahibkarların kredit portfeli isə 7 milyon manat artaraq 2 milyard 629.9 milyon manat təşkil edib. Bu dövrdə orta sahibkarların kredit portfeli 139.1 milyon manat azalaraq 2 milyard 149.7 min manat, kiçik sahibkarların kredit portfeli isə 33.2 milyon manat azalaraq 1 milyard 585.5 min manat olub.