Bu ilin sonunda "Made in Azerbaijan" elektron platforması işə salınacaq.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) əməkdaşı Tural Hacılı Bakıda keçirilən "Ticarətdə qeyri-tarif baryerləri" mövzusunda tədbirdə deyib.
"Elektron platforma vasitəsilə ixracçılara daha keyfiyyətli xidmətlər göstəriləcək", - deyə o bildirib.