Beynəlxalq Ticarət Mərkəzi (ITC – International Trade Center), əvvəlki kimi, Azərbaycanda ixracın inkişafına dəstəyin, həmçinin, Avropa İttifaqı və digər Şərq Tərəfdaşlığı (ŞT) ölkələri ilə daha sıx ticari inteqrasiyanın tərəfdarıdır.
“İki sahil” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Bakıda keçirilən "Ticarətdə qeyri-tarif baryerləri" mövzusunda tədbirdə deyib.
"ITC tamamilə kiçik və orta biznesin (KOB) inkişafına həsr olunmuş, inkişaf etməkdə olan və keçid iqtisadiyyatına malik ölkələrə ticarət sahəsində texniki yardımın göstərilməsi üzrə təqribən 60 illik təcrübəyə malik yeganə çoxtərəfli agentlikdir.
ITC, əvvəlki kimi, Azərbaycanda ixracın inkişafına dəstəyin, həmçinin, Avropa İttifaqı və digər Şərq Tərəfdaşlığı (ŞT) ölkələri ilə daha sıx ticari inteqrasiyanın tərəfdarıdır. Bugünkü görüş prioritet məsələlərin müəyyən edilməsi və maneələrin aradan qaldırılması, transsərhəd ticarətə yardım yollarına dair rəylərin əldə edilməsi yolunda mühüm addımdır", - deyə o bildirib.