24 yanvar 2024 13:35
298

Qətər Qırmızı dənizdəki vəziyyətə görə Avropaya LNG tədarükünü gecikdirir- KİV

Qırmızı dənizdəki münaqişənin tədarük müddətini artırması ilə əlaqədar Qətər Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü gecikdirir.

“İki sahil” xəbər verir ki, bu barədə “Bloomberg“ mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Doha avropalı müştərilərə çatdırılmaların gecikmələri və vaxtının dəyişdirilməsi barədə məlumat verib.

Agentliyin məlumatına görə, yanvarın 15-dən Qətər Avropaya gedən təxminən altı gəmini daha uzun bir marşruta (Afrikanın cənubundakı Ümid burnu vasitəsilə) istiqamətləndirib.