25 yanvar 2024 10:01
284

Qızıl və gümüş cüzi ucuzlaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,02% azalaraq 2,034.80 ABŞ dollarına bərabər olub.

“İki sahil” xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0.17% azalaraq 22.85 dollar təşkil edib.