25 yanvar 2024 10:42
265

“Azərpoçt”: Hipermarketlərdə poçtamatlar quraşdırılacaq

Ötən il Azərbaycana poçtamatlar gətirilib. Hər kəs xaricdən gələn bağlaması haqqında sms ilə məlumat alıb 24 saat ərzində poçtamatdan məhsulunu götürə bilər.

“İki sahil” xəbər verir ki, bunu “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev ötən ilin yekunlarına dair hesabatın təqdimatı zamanı deyib.

O bildirib ki, qısa müddətdə bu poçtamatlar hipermarketlərdə də olacaq.