25 yanvar 2024 11:09
461

İsi Mustafayev: “Azərpoçt”un sistemi köhnədir

“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin sistemlərində ləngimənin olmasının səbəbi onun köhnə olması ilə bağlıdır.

“İki sahil” xəbər verir ki, bunu “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev ötən ilin yekunlarına dair hesabatın təqdimatı zamanı deyib.

O bildirib ki, sistem ləngiməsinin aradan qaldırılması üçün müvafiq prosedurlar davamlı olaraq həyata keçiriləcək.