2024-cü ildə yeni çeşidləmə mərkəzləri tikiləcək. Cari ilin əsas hədəflərindən digəri isə İT infrastrukturunun modernizasiyasıdır.
“İki sahil” xəbər verir ki, bunu “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev ötən ilin yekunlarına dair hesabatın təqdimatı zamanı deyib.
O bildirib ki, cari il ərzində “Azərpoçt” MMC-nin inzibati binalarının təmiri əsas hədəflərdəndir: “Bundan başqa, müştəri loyallığı indeksinin artırılması da qurumun əsas hədəflərindən biridir”.