26 yanvar 2024 13:34
369

Borc kapital bazarı vasitəsilə müəssisələrin maliyyələşməsi 3 dəfə artacaq

BKB (Borc Kapital Bazarı) vasitəsilə real sektor müəssisələrinin maliyyələşdirilməsinin 500 milyon manatdan 1.5 milyard manata çatdırılması hədəflənir.

“İki sahil” xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda öz əksini tapıb.

Strategiyada bildirilib ki, bu illər ərzində kapital bazarında ilkin kütləvi təklif gözlənilir.