26 yanvar 2024 15:18
160

Beynəlxalq təşkilat Hesablama Palatasının keçirdiyi qiymətləndirməni yüksək dəyərləndirib

Hesablama Palatası Ali Audit Orqanlarının Qlobal Hesabatlılıq Təşəbbüsü (GSAI) layihəsi çərçivəsində Tacikistan Hesablama Palatasının fəaliyyətinin qiymətləndirilməsini yekunlaşdırıb.

“İki sahil” xəbər verir ki,  Palatadan bildirilib ki, qiymətləndirmə Ali Audit Orqanlarının Fəaliyyətinin Ölçülməsi Çərçivəsinə (SAI PMF) uyğun müstəqillik və hüquqi çərçivə, daxili idarəetmə və etika, auditin (maliyyə, səmərəlilik) keyfiyyəti və hesabatlılıq, maliyyə idarəetməsi, aktivlər və dəstək xidməti, kadr potensialının inkişafı, maraqlı tərəflərlə əlaqələr və kommunikasiya məsələlərini əhatə edib.

Qiymətləndirmə nəticəsində hazırlanmış hesabat Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) İnkişaf Təşəbbüsü (IDI) tərəfindən yüksək dəyərləndirilib. Beynəlxalq təşkilatın rəyində Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən keçirilən qiymətləndirmə zamanı beynəlxalq metodologiyaya əməl edildiyi, qiymətləndirmə prosesində müəyyənləşdirilmiş hədəflərə nail olunduğu, qiymətləndirmə sübutlarının əsaslı olduğu vurğulanıb.