27 yanvar 2024 08:41
426

Azərbaycanda benzin və dizel yanacağı satışından gəlirlər 8,1 faiz artıb

Ötən il Azərbaycanda yanacaq istehlakçıları 3 063,4 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.

Dövlət Statistika Komitəsindən “İki sahil”ə bildirilib ki, 2022-ci il ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 8,1 faiz artıb. Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,2 faiz gəlir əldə edilib.