28 yanvar 2024 11:19
766

4 ay komada olan hərbçimiz şəhid olub - FOTO

19 sentyabrda düşmən təxribatının qarşısı alarkən ağır yaralanan və komada olan hərbi qulluqçumuz Bakı şəhərində şəhid olub.

“İki sahil” xəbər verir ki, şəhidimiz Tovuz rayon Qaraxanlı kənd sakini 2002-ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğludur.

Şəhid Hacıəli Qasımovun doğulduğu kəndə dəfn ediləcəyi bildirilir.

Allah rəhmət eləsin!