Gürcüstanda yaşayan azərbaycanlılar paytaxt Tbilisidə Azərbaycana dəstək məqsədilə "Ayrıseçkiliyə və İkilli Standartlara Son!" adlı aksiya keçirirlər.
“İki sahil” xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Qeyd edilib ki, əllərində Azərbaycan və Gürcüstan bayraqları tutan 200-dək aksiyaçı hazırda Avropa İttifaqının (Aİ) Tbilisi ofisinin qarşısına yürüş edir. Aksiyaçılar "erməni terroruna son", "Ermənistanın ekoloji terroruna son", "ikili standartlara son" və.s şüarları səsləndirirlər. Gürcüstanın müxtəlif bölgələrindən olan azərbaycanlılar həmçinin Ermənistanın minalanmış Azərbaycan ərazilərinin xəritələrini təhvil verməsini tələb edir.
Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
Hikmət Hacyev: ABŞ-dakı bütün dostlarımızı və həmkarlarımızı ürəkdən təbrik edirik