1996-2022-ci illərdə Azərbaycanda dövlətə məxsus 51 867 kiçik müəssisə, obyekt və nəqliyyat vasitəsi özəlləşdirilib.
Bu barədə "İki sahil"ə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, həmin əmlaklardan 15 571-i nəqliyyat vasitəsi, 15 248-i icarəyə verilmiş və istifadəsiz qeyri-yaşayış sahəsi, 10 766-sı məişət xidməti müəssisəsi, 5 225-i ticarət və ictimai iaşə müəssisəsi, 1 008-i sənaye müəssisəsi və avadanlığı, 696-sı yanacaqdoldurma məntəqəsi, 635-i tikinti müəssisəsi, 620-si tikintisi başa çatdırılmamış obyekt, 393-ü çörək mağazası, 392-si aptek, 256-sı çörəkbişirmə müəssisəsi və avadanlığı, 87-si kinoteatr, 82-si uşaq baxçası, 36-sı səhiyyə müəssisəsi, 852-si isə digər daşınmaz əmlaklar olub.
27 ildə Azərbaycanda 1 566 səhmdar cəmiyyət yaradılıb. 2022-ci ilin sonuna qədər bunun 1 476-sı tam özəlləşdirilib.