Fevralın 9-da energetika naziri Pərviz Şahbazov Ağdaş, Yevlax, Bərdə, Göyçay, Ucar, Zərdab və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edəcək.
"İki sahil" nazirliyə istinadən xəbər verir ki, qəbul saat 11:30-dan başlayaraq Ağdaş rayon Heydər Əliyev Mərkəzində (ünvan: Ağdaş şəhəri, Heydər Əliyev xiyabanı 2) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), minenergy@minenergy.gov.az e-poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Mingəçevir filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov: əlaqə telefonu: (070) 590-00-09, e-poçt ünvanı: mingachevir@regulator.gov.az), Kürdəmir filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov: əlaqə telefonu: (050) 509-80-50, e-poçt ünvanı: office.kurdamir@regulator.gov.az) və Şəki filialı (əlaqələndirici şəxs: Asim Məmmədov: əlaqə telefonu: (050) 378-28-46, e-poçt ünvanı: office.shaki@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin nazirliyin minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.
Paytaxtın daha iki küçəsində təmir işləri aparılacaq, hərəkət müvəqqəti məhdudlaşdırılacaq
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Bahadur Kamalov Kəlbəcərdə dəfn edilib