31 yanvar 2024 14:33
308

Səfirlik əməkdaşları Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət ediblər - FOTO

Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi Ankarada Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan, görkəmli ictimai-siyasi xadimin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri, çələng qoyulub.