01 fevral 2024 11:29
342

Daxili işlər naziri Saatlı rayonunda vətəndaşlarla görüşəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən fevralın 22-də Saatlı Rayon Polis Şöbəsinin inzibati binasında Sabirabad, Beyləqan, İmişli, Saatlı, Füzuli və Xocavənd şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə məlumat verilib.

Qəbula yazılmaq istəyən vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı fevralın 21-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.