Bakı və Naxçıvan arasında aviadaşımalara olan tələbatın gözlənilən artımını nəzərə alaraq “Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkəti bu istiqamətdə səfər etməyi planlaşdıran bütün sərnişinlərə aviabiletləri əvvəlcədən əldə etməyi məsləhət görür.
"İki sahil"in AZAL-a istinadən verdiyi məlumata görə, aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, yenilənmiş mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.
Aviaşirkət www.azal.az saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən video-təlimat hazırlayıb. Video-təlimatla bu linkə keçid alaraq tanış ola bilərsiniz: https://youtu.be/9PiPTkNkBSU.
Əlavə suallar yarandığı təqdirdə sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.
Zərgərlik məmulatlarının satışı sahəsində fəaliyyət göstərən sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan Dövlət İnformasiya Agentliyinə geniş müsahibə verib
Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biri