Bakının Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları silahlı şəxsi saxlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Kürdəmir rayon sakini 1968-ci il təvəllüdlü Pünhan İmanov saxlanılıb. Ondan 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
Paytaxtın daha iki küçəsində təmir işləri aparılacaq, hərəkət müvəqqəti məhdudlaşdırılacaq
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Bahadur Kamalov Kəlbəcərdə dəfn edilib