10 fevral 2024 12:13
324

Yanvarda Türkiyənin dəri məhsulları ixracı azalıb

2024-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına dəri məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 32 faiz azalaraq, 120,8 min dollara bərabər olub.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Vurğulanıb ki, son 12 ay ərzində (yanvar 2024 - yanvar 2023) Türkiyə 1,8 milyon dollar məbləğində dəri məhsulları ixrac edib.

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin dəri məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz azalaraq, 1,9 milyon dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 116 min dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 36,3 faiz azdır”, – deyə nazirlikdən bildirilib.