İraqın Milli Dövlət Qüvvələri Alyansının prezidenti Ammar Əl-Hakim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
“İki sahil” xəbər verir ki, təbrik məktubunda deyilir:
"Zati-aliləri.
Allahın salamı, mərhəməti və bərəkəti üzərinizdə olsun!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Seçkilərdəki qələbəniz Azərbaycan vətəndaşlarının Zati-alinizə olan etimadını və onların əldə edilmiş nailiyyətləri qorumaq, inkişaf etdirmək istəklərini nümayiş etdirir.
Sizə uğurlar arzulayır, ölkələrimizin maraqlarını qorumaq və qardaş xalqlarımız üçün hərtərəfli inkişaf imkanlarını artırmaq naminə ikitərəfli əməkdaşlıq əlaqələrini möhkəmləndirmək əzmimizi ifadə edirik.
Ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirəm".
Slovakiya Prezidenti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
İlham Əliyev Ərdoğana Türkiyədə Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb