Təhlükəli yüklərin mülki hava gəmilərində daşınması qaydaları hazırlanacaq.
“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Aviasiya haqqında” qanunun tətbiqi barədə Fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti təhlükəli yüklərin mülki hava gəmilərində daşınması qaydalarını doqquz ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Qaydalarda aşağıdakılar da əksini tapmalıdır:
-təhlükəli yüklərin hava yolu ilə daşınmasında iştirak edən personalın hazırlığının keçirilməsi qaydaları;
-hava gəmisinin sərnişin salonunda, yük və baqaj bölmələrində daşınmasına yol verilən təhlükəli yüklərin siyahısı.
Eyni zamanda Nazirlər Kabinetinə 9 ay müddətində hərbi avadanlığın (ləvazimatların), hərbi avadanlıq (ləvazimatlar) hesab edilməyən təhlükə potensiallı, o cümlədən xüsusilə təhlükəli yüklərin (malların) mülki və eksperimental hava gəmiləri ilə daşınmasına icazə verilməsi qaydasını da hazırlamaq tapşırılıb.
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir
Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır
“PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirildi
Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb
Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir