Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması məsələsi prioritet məsələdir.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi deyib.
“ABŞ və məncə, Azərbaycan üçün daha bir prioritet məsələ Ermənistanla sülh sazişinin imzalanmasıdır. Son bir neçə ay ərzində bununla bağlı müəyyən irəliləyiş və imkanların olması məni ruhlandırır”, - o vurğulayıb.
Diplomat qeyd edib ki, ölkəsi sülhün əldə olunmasında tərəflərə hər cür kömək etməyə hazırdır.
Slovakiya Prezidenti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
İlham Əliyev Ərdoğana Türkiyədə Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb