Böyük Britaniyanın Baş naziri Rişi Sunak Azərbaycanla Ermənistan arasında münaqişəyə son qoymaq üçün tarixi bir şans olduğunu bəyan edib.
“İki sahil” xəbər verir ki, bunu Baş nazir Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərdə qalib gəlməsi münasibətilə göndərdiyi təbrik məktubunda yazıb:
“Mən, Ermənistanla sülh əldə etmək istiqamətində göstərilən səylər barədə də məlumatlıyam. Bu, münaqişəyə son qoymaq üçün tarixi bir şansdır. Mən davamlı müqavilənin hər iki ölkənin və ümumilikdə bütün regionun rifahı və sabitliyi üçün gətirəcəyi böyük faydaları yüksək qiymətləndirirəm. Davamlı sülhə nail olunmasında hər iki ölkəyə Böyük Britaniyanın davamlı dəstəyini bir daha vurğulayıram”.
Slovakiya Prezidenti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
İlham Əliyev Ərdoğana Türkiyədə Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb