27 fevral 2024 03:24
561

Dünya dövlətlərinin ən çox bu ölkəyə borcu var

2013-cü ildə Çin sədri Si Tszinpin “Bir Kəmər Bir Yol Təşəbbüsü”nü irəli sürüb. Əvvəlcə Asiyanı Avropa ilə birləşdirəcək infrastrukturun inkişafına böyük sərmayələr proqramı olaraq təyin edilmiş plan sonradan bütün dünyada, xüsusən də inkişaf etməkdə olan ölkələrdə genişləndi.

On ildən çox vaxt keçdikdən sonra Çin hazırda dünyanın ən böyük rəsmi borc kollektorudur və Pekinin öz maliyyə problemləri ilə mübarizə apardığı bir vaxtda bəzi ölkələrin ona vaxtı keçmiş ödənişlərinin sayı artır. “AidData” tədqiqat təşkilatı hesab edir ki, Çinin xaricdəki kredit portfelinin 80%-i hazırda maliyyə sıxıntısı olan ölkələri dəstəkləyir və verdiyi borcun ümumi məbləği 1 trilyon dollara çatır. Hazırda milyardlarla borcalan ölkələrin bəziləri borclarını geri ödəməkdə çətinlik çəkirlər.

Çinin ən böyük borcalanları

Belarus: 11 milyard dollar ümumi borc;

Türkmənistan: 12,2 milyard dollar ümumi borc;

Keniya: 12,7 milyard dollar ümumi borc;

Konqo Demokratik Respublikası: 13,1 milyard dollar ümumi borc;

Zambiya: 13,5 milyard dollar ümumi borc;

Myanma: 13,7 milyard dollar ümumi borc;

Nigeriya: 14,5 milyard dollar ümumi borc.

Nubar Süleymanova, “İki sahil”