Toyuq
Toyuq ya bişirilən kimi, ya da bişdikdən sonra isidilmədən soyuq şəkildə yeyilməlidir. Tərkibi tez pozulan məhsul olduğu üçün təkrar isidilmə prosesində toyuqdan zəhərlənmələr baş verə bilər. Ən təhlükəli yeməklərdən sayılır.
Yumurta
Səhər qəlyanaltılarının olmazsa-olmazı olan yumurtanın da ikinci dəfə isidilməməsi məsləhətdir. Çünki ikinci dəfə isidildiyində toksik maddələr hasil olunmağa başlayır ki, bu da orqanizmə zərər verir.
İspanaq
Hamımızın bildiyi ən faydalı qidalardan biri olan ispanağı yenidən isitməkdən qaçmaq lazımdır. İçərisində olan nitrat maddəsi yüksək istiliyə məruz qaldıqda nitritə çevrilir, bu da ispanağı olduqca təhlükəli bir hala gətirir.
Düyü
Düyü otaq temperaturunda saxlanılarsa, toksik maddələr yarana bilər. Bu səbəbdən bişirildikdən dərhal sonra yeyilməzsə təhlükəli ola bilər.
Kartof
Bişirildikdən sonra 4-5 gün mühafizə edilə bilən kartofu da isitmədən soyuq şəkildə yemək daha yaxşıdır.Təkrar qızdırıldıqda dadı da olduqca dəyişir və mədədə rahatsızlıq yarada bilər.
Göbələk
Züllala zəngin olan göbələk də ya bişirilən kimi, ya da soyuq halda yeyilməlidir. İsidildikdə tərkibi dəyişdiyinə görə qarın ağrısı və şişkinlik yarada bilər.
Nubar Süleymanova, “İki sahil”