Türkiyənin Ərzurum şəhərində Özünal ailəsində tutuquşu ilə pişik balasının dostluğunu görənləri həm heyrətləndirib, həm də güldürüb.
Pişiklərlə quşların bir yerdə yaşamasının çətin olduğu məlum bir hadisədir. Bu vəziyyətin ən başlıca səbəbi isə pişiklərin təbii ovçu olmasıdır.
Ərzurumlu ailə 4 aylıqkən sahibləndikləri balaca pişiyə Şəkər adını veriblər. Halbuki onların evlərində illərdir ki, Maviş adlı tutuquşu da var. Əvvəlcə ailə pişiyi və quşu ayrı otaqlarda saxlayıblar.
Ailənin kiçik oğlu Mehmet Akif uzun müddətdir ki, Şəkərlə Mavişi bir araya gətirmədiklərini deyib: "İkisini də çox sevirik. Ancaq bir araya gəlməmələri üçün çox çalışdıq. Zaman keçdikcə onların bir-birinə zərər vermədiyini, bir yerdə oyun oynadıqlarını gördük. Bundan sonra hər ikisi evdə sərbəst gəzməyə başlayıblar.”
Mavişin israrla oynamaq istəyi bəzən Şəkər tərəfindən pəncələri ilə rədd edilsə də, onların bu görüntüləri “pişik-quş” ziddiyyətinə, ya da düşmənliyinə meydan oxuyur.
Ailə bu vəziyyətdən son dərəcə xoşbəxt olduqlarını və əhvallarının yaxşı olduğunu bildiriblər.
Vüsal Cahanov, “İki sahil”