29 fevral 2024 22:38
680

Təyyarə kabinlərindəki hava təhlükəsizdirmi?

Təyyarə istehsalçıları və hava yolları narahat səyahətçiləri təyyarələrdə nəfəs aldıqları havanın təhlükəsiz olduğuna inandırmaq üçün təcili bir təşəbbüs irəli sürüblər və onlar bunun koronavirusun yaratdığı səyahət sənayesini yenidən qurmaq üçün vacib olduğuna inanırlar.

“Boeing”in keçmiş mühəndislik və inkişaf üzrə rəhbəri Mayk Delaneyi inam yaratmaq üçün daha geniş səylərə rəhbərlik üçün təyin etdi. “Airbus” liderləri sənayenin ilkin böhran mərhələsindən ictimai etimadın təmin edilməsinə keçdiyini söylədi. Bu, digər şeylərlə yanaşı, təzyiqli gövdədə yalnız statik və ya təkrar emal edilmiş havanın olması mifini aradan qaldırmaq üçün kabin hava filtrasiyasının necə işlədiyini izah etmək məqsədilə birgə səylərə səbəb oldu.

Mütəxəssislər kabinlərin içərisində istifadə edilən filtrasiya sisteminin xəstəxana səviyyəli olduğuna və təsirli sanitar şərait təmin etdiyinə əmindirlər.

Hava səyahəti sənayesi ilən bağlı adətən havanın keyfiyyətindən çox oturacaq meydançası haqqında danışılırdı. Bu, pandemiya nəticəsində dəyişməli oldu.

"Təyyarədəki hava sistemi üzləşdiyiniz hər şey qədər yaxşıdır", - deyə Delaney bildirib. O, əlavə edib ki, hava sirkulyasiyası virusun göyərtədə yayılma potensialını azaltmaq üçün bir neçə üsuldan yalnız biridir, o cümlədən təyyarənin ciddi şəkildə təmizlənilir və sərnişinləri xəstəlik əlamətlərinə görə ciddi şəkildə yoxlanılırlar.

Əksər hallarda sıxılmış hava mühərrikin təmiz hissəsindən sonradan əlavə edilən yanacaqla çirklənməmiş kondisioner paketlərinə və oradan da salon tavanındakı ventilyatorlara verilir. Hər iki təyyarə istehsalçısı bildirir ki, kabin havası gövdədən uzununa deyil, aşağıya doğru hərəkət edir və bu, infeksiya riskini azaldır. Bu havanın yarısı daha sonra viruslar da daxil olmaqla çirkləndiricilərin 99,97%-ni təmizləmək üçün nəzərdə tutulmuş HEPA filtrləri vasitəsilə təkrar emal edilir. Digər yarısı isə klapanlar vasitəsilə xaricə ötürülür.

Təyyarə istehsalçıları kabin havasının hər iki-üç dəqiqədən bir yeniləndiyini deyirlər, ancaq elm adamları əslində havanın həmişə qarışıq olduğunu bildirirlər. Əslində sürət nə qədər yüksək olarsa, köhnə hava daha tez dəyişilir.

Yüksək sıxlıq

Lakin hava axını mürəkkəb tənliyin yeganə hissəsi deyil.

"Bir təyyarədə qarşılaşdığınız ən böyük problem son dərəcə yüksək sərnişin sıxlığıdır. Kiçik bir yerə sıxışan çox insan var və havanın keyfiyyətini qorumaq üçün mütləq təmiz hava almalısınız.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi virusun yaxın təmasda olan insanlar arasında və ya bir-birindən 6 futdan (1.83 metr) az məsafədə (bir çox kabinlərin eninin yarısı qədər) yayıldığını düşünür. Belə qısa məsafələrdəki hava cərəyanlarının proqnozlaşdırılmasının çox çətin olduğu deyilir.

 Xatırladaq ki, pandemiya ilinin martında bir koronavirus növü olan SARS-a yoluxmuş 72 yaşlı kişi Honq Konqdan Pekinə uçdu. 119 sərnişindən və iki ekipajdan cəmi 22-sində sonradan virusun əlamətləri başlamışdı. Bu, uçuş zamanı baş verən yeganə əhəmiyyətli yoluxma hadisəsi idi. Sonradan xəstə sərnişinlərin təyyarələrə minməsinin qarşısını almaq üçün tədbirlər gücləndirildi.

Delaney bildirib ki, bu cür cilovlama tədbirləri yenidən hər hansı bir virusu təyyarələrdən uzaqlaşdırmaq strategiyasının bir hissəsi olmalıdır. Gələcəkdə ultrabənövşəyi təmizləyici sistemlər və antimikrobiyal materiallar kimi texnologiyaya dair tədqiqatlar mübarizəyə qoşula bilər.

Nubar Süleymanova, “İki sahil”