01 mart 2024 11:33
528

Yüksək qan təzyiqindən əziyyət çəkənlərin DİQQƏTİNƏ: HƏR GÜN...

Yüksək qan təzyiqindən əziyyət çəkən şəxslər hər dərman qəbulundan əvvəl onun təsirinin necə olduğunu bilmək üçün qan təzyiqini ölçmələri vacibdir.

“İki sahil” “Qazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə kardioloq, tibb elmləri doktoru Yuri Konev Radio 1-ə açıqlamasında məlumat verib.

Kardioloq məsləhət görüb ki, xəstələr özünü müşahidə gündəliyi yaratmalı və hər dəyişikliyi gündəlik ora qeyd etməlidirlər. Həkim vurğulayıb ki, yaşlı insanların yaşadığı hər evdə qan təzyiqini ölçən cihaz-tonometr olması vacibdir.

Adətən yaşlı insanlar arasında yüksək təzyiqi əhalinin təxminən 50 faizindən çoxunda müşahidə olunur. Həkim onu ​​da xatırladıb ki, 2023-cü ildə Rusiyada qan təzyiqi ölçən cihazlara tələbat 29% artıb: “Təzyiq ölçən cihazlara tələbatın belə artması maarifləndirmə ilə bağlıdır. Ümid edirəm ki, əhalinin belə diqqətli olması yaxın illərdə xəstələnmə hallarının azalmasına və arterial hipertoniyanın müalicəsinin effektivliyinin artmasına səbəb olacaq. Unutmayaq ki, onun nəticələri insanlar üçün son dərəcə təhlükəlidir”.

Britaniyalı həkim Sarah Bryuer daha əvvəl bildirmişdi ki, könüllü qan donorluğu qan təzyiqini aşağı sala bilər. Bu halda qan hüceyrələrinin yenilənməsi və ümumi həcminin azalması prosesi gedir.

Nüsrət Məmmədov, "İki sahil"