Üzüm yemək insanın ömrünü 4-5 il uzada bilər.
Bu nəticəyə “BristolLive” portalında araşdırmalarını dərc edən ABŞ alimləri gəliblər.
Amerikalılar siçanlar üzərində apardıqları təcrübələr əsasında üzümün gözlənilən ömrü uzatmaq üçün faydaları haqqında yeni məlumatlar əldə ediblər. Qərbi Yeni İngiltərə Universitetində (WMEU) keçirilən təcrübədə gəmiricilər yüksək yağlı qida ilə sonra isə üzüm tozu ilə qidalandılar. Üzüm tozunun bir dozası üzüm səbətinə bərabər idi. Nəticə gözləntiləri üstələyib: siçanların qaraciyərində piylərin miqdarı azalıb, üzüm əlavəsi qəbul etməyən siçanlarla müqayisədə ömür uzunluğu artıb.
Sirr ondan ibarətdir ki, üzüm şirəsi emal olunmuş qidalardan doymuş yağları və şəkəri çıxarır. Əldə edilmiş eksperimental məlumatları insanlara şamil etsək, üzümün rasiona əlavə edilməsi insanın ömrünü beş il artırır.
Tədqiqatçıların qeyd etdiyi kimi, üzüm maddələr mübadiləsini sürətləndirir və kalori yandırmağa kömək edir, həmçinin neyronların fəaliyyətini yaxşılaşdırır və Alzheimer xəstəliyinin inkişafından qoruyur. Üzümdə iltihabı azaldan, ürək xəstəliyi və xərçəng riskini azaldan antioksidantlar var. Üzüm antioksidantlar və vitaminlər sayəsində hüceyrələri və toxumaları zədələnmədən və vaxtından əvvəl qocalmadan effektiv şəkildə qoruyur. Üzüm və digər bu tip giləmeyvəli meyvələr qan laxtalarının əmələ gəlməsinin qarşısını alır və görmə qabiliyyətini qorumağa kömək edir.
Üzümlə yanaşı, albalı, qreypfrut, qovun, pomidor və qırmızı bolqar bibərində də çoxlu antioksidantlar var.
Nubar Süleymanova, “İki sahil”