Qaynar suyun faydaları Çindən olan tədqiqatçılar tərəfindən təsdiqlənib. Onların qənaətinə görə, qaynama təkcə suyun dezinfeksiyaedicisi deyil, həm də ondan mikroplastik hissəciklərin çıxarılması üsuludur.
Quanqzhou Tibb Universiteti və Jinan Universitetinin tədqiqatçıları sübut ediblər ki, suyu qaynatmaq mikroplastiklərin 84%-ni təmizləyir. Çin alimlərinin vurğuladığı qaynama prosesi mikroplastiklərin 90%-ə qədərini sərt sudan, 25%-ə qədəri isə yumşaq sudan təmizləyir. Bu, sadə və təsirli üsuldur və sağlamlığınızı qoruyur, çünki mikroplastiklər daxili orqanlara zərər verir və bağırsaq xərçənginə səbəb ola biləcək zəhərli maddələri buraxır.
Tədqiqatçılar “Environmental Science & Technology Letters” jurnalında dərc etdiklərini məqalədə bildiriblər ki, mikroplastik hissəciklər sərt suda daha tez çökərək əhəng əmələ gətirir. Mikroplastiklər suya paltardan, plastik qablardan, daha böyük plastik hissələr parçalandıqda və ya müəyyən sənaye prosesləri zamanı daxil olur. Amerika kimyaçıları əvvəllər hesablamışdılar ki, bir litr şüşə suda 240 minə qədər mikroskopik plastik hissəcik ola bilər.
Nubar Süleymanova, “İki sahil”