Məşhur gimnast Alina Kabayeva uzun müddətdən sonra ictimaiyyət qarşısına çıxıb.
40 yaşlı Kabayeva Soçidə uşaqlar üçün keçirilin "Alina" xeyriyyə festivalına qatılıb.
“İki sahil” Rusiyanın “vk-smi.ru” portalına istinadla xəbər verir ki, Olimpiya çempionu, əfsanəvi idmançı səhnəyə əsl yaz görkəmində çıxıb. O, qar kimi ağ rəngli uzun yubka dəsti və kəmərli pencək geyinib. Geyimi zərif sırğalar ilə mükəmməl şəkildə tamamlanıb.
Qeyd edək ki, bu festival 2009-cu ildən Kabayeva xeyriyyə fondunun dəstəyi ilə keçirilir. Bu dəfə Soçidə keçirilən festivala Rusiya ilə yanaşı Çin, Almaniya, Serbiya, Meksika, Qazaxıstan və digər ölkələrdən gənc idmançılar qatılıb.
Nüsrət Məmmədov, "İki sahil"