07 mart 2024 17:50
700

Mütəxəssisdən xəbərdarlıq: İMSAKDA BUNLARl YEMƏYİN!

Ramazan ayı yaxınlaşır. Bununla əlaqədar mütəxəssislər oruc tutan müsəlmanlara bir sıra nüanslara diqqət etməyə çağışır edirlər.

“İki sahil” “CNN Türk”ə istinadən xəbər verir ki, türkiyəli Dos. Dr. Binnur Okan Bakır imsak və iftarda düzgün qidalanma ilə bağlı məsləhətlər verib.

Dos. Dr. Bakır bildirib ki, Ramazan ayı müddətində düzgün qidalanmamaq sağlamlığımıza ciddi zərər verə bilər: “İlk tövsiyələrdən biri odur ki, imsakda mütləq oyanmaq və qidalanmaq lazımdır. İftarı iki hissəyə bölmək önəmlidir. Əsas yemək yedikdən bir müddət sonra qan şəkərinizi tarazlaşdırmağa kömək edəcək kiçik qəlyanaltılar qəbul etmək vacibdir”.

Mütəxəssis Ramazan ayında sağlam qidalanmağın orqanizmdə daha yaxşı metabolik sağlamlıq yaratdığını eyni zamanda, qan şəkəri və qanda yaranan yağ səviyyəsini normada saxlamağa kömək etdiyini bildirib.

Dos. Dr. Bakırın sözlərinə görə, imsakda istehlak ediləcək qidalar arasında liflə zəngin olan meyvə və tərəvəzlər, taxıl məhsulları üstünlük təşkil etməlidir. Bununla yanaşı, süd, qatıq və pendir kimi kalsium mənbəyi olan qidaların da yeyilməsi olduqca vacibdir. İsteklakı önəmli olan fındıq və zeytunun tərkibində isə  faydalı yağlar olduğu üçün bu qidalar qan şəkərinin normada saxlanmasına kömək edir və orqanizmi uzun müddət tox saxlayır.

Mütəxəssis onu da qeyd edib ki, imsak vaxtı çox duzlu, həmçinin qızardılmış və qovrulmuş qidalardan uzaq durmalı eyni zamanda, ət məhsullarından istifadə etməmək lazımdır.

Nigar Orucova, “İki sahil”