08 mart 2024 00:59
487

“Tesla” avtomobilləri “Apple Watch”dan istifadə etməklə idarə olunacaq - İlon Mask

Tesla sahibləri tezliklə “Apple Watch”dan istifadə edərək avtomobillərini idarə edə biləcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə İlon Mask “X” sosial şəbəkəsində məlumat yayıb.

“X” istifadəçilərindən biri Maskdan Teslanın avtomobillərinə “Apple Watch” sinxronizasiyasını əlavə edilməsinin mümkünlüyünü soruşub. Milyarder daha ətraflı məlumat vermədən “Əlbəttə!” deyə cavab verib.