Türkiyənin “Kanal D” kanalının Ramazan ayı üçün xüsusi hazırladığı proqramlar “M.Fatih Çıtlakla Sahur Zamanı” və “Ardanın Ramazan Mətbəxi” ekranlara gəlmək üçün gün sayır.
Ramazan ayının hüzurunu, bərəkətini və gözəlliyini tamaşaçılara çatdıran M. Fatih Çıtlakın "Sahur zamanı" proqramı Ramazan ayında hər gecə canlı yayımlanacaq. Proqramda Qurani-Kərimdən ayələr, hədislər, Peyğəmbərimizin (s) həyatından hissələr və ən gözəl dualar tamaşaçılara təqdim olunacaq.
M".Fatih Çıtlak ilə Sahur Saatı" proqramı Ramazan ayı boyunca hər gecə saat 04.00-da “Kanal D”də canlı yayımlanacaq.
“Ardanın Ramazan Mətbəxi” verlişdə isə iftar və sahur üçün “Nə bişirməliyəm” sualına müxtəlif reseptlərlə cavab veriləcək. Aşpaz Arda Türkmen mətbəxdə rahatlıqla tapa biləcəyiniz inqrediyentlərdən istifadə edərək ləzzətli reseptlərlə tamaşaçıların qarşısına çıxacaq. Şorbadan əsas yeməyə, xəmir xörəklərindən şirniyyata qədər bir çox ləzzətləri təqdim edəcək “Ardanın Ramazan Mətbəxi” Ramazan ayı boyunca hər gün “Kanal D”də izləyiciləri üçün yayımlanacaq.
Orxan Vahidoğlu, “İki sahil”