10 mart 2024 12:00
618

Əriyən buzlaqlar fəlakət gətirə bilər

Qlobal istiləşmə Şimal qütbündəki buzlaqları əritdikcə ABŞ-ın nüvə sınaqları keçirdiyi ərazidəki “radioaktiv məzar” meydana çıxıb.

“İki sahil” xəbər verir ki, Daily Mail-də yayılan xəbərdə deyilir: “ABŞ ordusu Qrenlandiyada yerləşən Camp Century-də nüvə silahı tədqiqatları aparırdı. 1959-cu ildə tikilən baza 1967-ci ildə boşaldılıb. Bazadakı nüvə reaktoru ərazidən çıxarılsa da, lakin radioaktiv tullantılar qalırdı. Onlar buzlaqların radioaktiv tullantıları əbədi saxlayacağını düşünürdülər. Amma qorxuludur ki, təyyarə tutacaq qədər radiasiya yayan tullantılarla indi əriyib dənizə buraxıla bilər”.

- Marşal adalarında ABŞ-ın radioaktiv tullantılarını qoyduğu quyunun beton örtüyü buzlaqların əriməsi ilə suyun yüksəlməsi səbəbindən çatlayıb və radiasiya yayıla bilər.

- ABŞ-ın Qrenlandiyadakı Tule aviabazasında 1962-ci ildə radioaktiv plutonium buz təbəqəsinə buraxılıb.

- Şimal qütbündə Hazen gölü yaxınlığında buzlaqların əriməsi nəticəsində canlanan qədim virusların yeni epidemiyaya səbəb ola biləcəyi də bildirilib.

Orxan Vahidoğlu, "İki sahil"