Yemək hazırlayarkən yapışmayan qablar, tavalar bazarda peyda olanda bu, xanımlar üçün sensasiyaya oldu. Amma unutmaq lazım deyil ki, digər mətbəx qabları kimi, yapışmayan qabların da “ömrü” var və onlar düzgün qulluq olunmalıdır.
“İki sahil” xəbər verir ki, bu barədə Gazeta.ru-ya ROSBIOTECH Universitetinin qida sənayesi, mehmanxana biznesi və xidmət kafedrasının dosenti Dmitri Bıstrov məlumat verib.
“Həmin qabların yapışmayan örtükləri zamanla köhnələcək və cızılacaq. Araşdırmalar göstərir ki, həll olunmayan mikrohissəciklər orqanizmə daxil ola bilir. Məsələn, ən məşhur yapışmayan örtüyü olan teflon tavaların tərkibində perfluoroktan turşusu ola bilər”- deyə dosent bildirib.
Bıstrovun fikrincə, riski minimuma endirmək üçün daha təhlükəsiz yapışmayan örtüklü qablar seçilməlidir: “Məsələn, keramika və ya titan əsasında hazırlanan tavalara üstünlük verilə bilər. Amma unutmaq lazı mdeyil ki, belə qablar da çatlar, cızıqlar mələ gələndə dərhal dəyişdirilməlidir”.
Nüsrət Məmmədov, "İki sahil"