Yuxudan oyanandan və ya çox gəzəndən sonra oynaqlarda güclü ağrı yaranırsa, uzun müddət davam edən yüksək temperatur olursa, dərinin quruması haları tez-tez təkrarlanırsa revmatoloqla əlaqə saxlamaq vacibdir.
“İki sahil” “Qazeta.ru”ya istinadla xəbər verir ki, bu haqda revmatoloq Tatyana Quliyeva məlumat verib.
Onun sözlərinə, revmatizmdə oynaqlarda və onurğada ağrılar istirahətdən, gecə yuxusundan sonra artır, idman və ya isinmədən sonra isə azalır. Bu simptom oynaqların şişməsi və qızartı ilə müşayiət oluna bilər və onlar temperaturu qaldıra bilər. Bu halda bədənin istiliyi 37-37,9 dərəcə arasında olur. Dəri səpgiləri və quruluğu da revmatik xəstəliklərin əlamətidir. Böyümüş limfa düyünləri, tromboz, gözlərin və bağırsaqların iltihabi xəstəlikləri, əzələlərdə ağrı və zəiflik, çoxsaylı sümük qırıqları - bütün bunlar varsa mütləq revmatoloqla əlaqə saxlamaq tələb olunur.
“Düzgün müalicə olmasa insan əlil qala bilər. Eyni zamanda, daxili orqanlarda ciddi fəsadlar yarana bilər. Keçirdiyimiz müalicə ilə xəstəliyin gedişatını nəzarət altına alır və xeyli yaxşılaşmaya nail oluruq”- deyə həkim bildirib.
Onun sözlərinə görə, müalicəyə nə qədər tez başlansa, sağalma ehtimalı bir o qədər yüksək olar.
Nüsrət Məmmədov, "İki sahil"