Slovakiyanın Xarici İşlər Nazirliyi Baş nazir Robert Fikoya ünvanlanan dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə Slovakiya XİN "X" sosial şəbəkəsində bildirib.
"Cənab Prezident, şəfqət və dəstəyinizə görə təşəkkür edirik", - deyə qeyd olunub.
Qeyd edək ki, Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdi ilə bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi məni dərindən sarsıtdı və dəhşətə gəldim. Mən bu hücumu sərt şəkildə qınayıram. Baş nazir Fitsonun, onun ailəsinin və slovak xalqının yanındayıq. Ona tezliklə sağalmağı arzulayıram", - deyə paylaşımda deyilib.
Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
Hikmət Hacyev: ABŞ-dakı bütün dostlarımızı və həmkarlarımızı ürəkdən təbrik edirik