Almaniya Azərbaycan ilə Ermənistan arasında sülh prosesini dəstəkləməyə davam etməyə hazırdır.
“İki sahil” xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edilib.
“Ermənistan və Azərbaycanın sülhə nail olmaq üçün tarixi imkanı var. Xarici işlər naziri Annalena Berbok erməni həmkarı Ararat Mirzoyan ilə söhbətində Almaniyanın sülh prosesinə dəstəyini davam etdirməyə hazır olduğunu vurğulayıb”, - bəyanatında bildirilib.
Almaniya XİN-dən vurğulanıb ki, dialoqun davam etdirilməsi indi son dərəcə vacibdir.
Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
Hikmət Hacyev: ABŞ-dakı bütün dostlarımızı və həmkarlarımızı ürəkdən təbrik edirik